Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pekinə səfəri çərçivəsində “Wontai Power” şirkətinin vitse-prezidenti Lin Boşenq ilə bərpa olunan enerji sahəsində potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə nazir özünün “Twitter” (hazırki “X”) sosial şəbəkədəki hesabında yazıb.
"Azərbaycanda investorlar üçün yaradılan əlverişli mühit, alternativ və bərpa olunan enerji sahəsində ölkəmizin potensialı və əməkdaşlıq imkanları barədə barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.
Bizim.Media