Azərbaycan XİN Paşinyanın iddialarına CAVAB VERDİ 

Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların əks olunduğu 2 sentyabr tarixli bəyanatını şərh edib. 

Bizim.Media xəbər verir ki, məlumatda deyilir: 

“Ermənistanın Baş naziri Nikol Paşinyanın 2 sentyabr 2023-cü il tarixində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən iddialarını növbəti dəfə sübut edən və Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatını qətiyyətlə pisləyir və rədd edirik. 
"Ermənistanın Baş nazirinin bu açıqlaması bir müddət əvvəl səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edir və hal-hazırda aparılan sülh prosesinə ciddi zərbə vurur. 

Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışının qarşısı alınmalıdır. 

Məlumdur ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılması kimi qələmə verilən avantüra sovet qanunlarına zidd idi və bu, hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdi.

Öz müqəddəratını müəyyən etmək hüququna istinad edən Ermənistan rəsmiləri, 1991-ci ilin 10 dekabrında Qarabağda separatçılarının keçirdiyi saxta “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyi hər kəsə məlumdur. 

“Dağlıq Qarabağın” "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə də zidd olduğu bəllidir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır. 

Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar həyata keçirildiyi faktları üzərindən Ermənistan tərəfinin susqunluqla keçməsi bu ölkənin tarixdən dərs çıxarmadığını göstərir. 
Bu və digər faktlar, Ermənistanın əsassız və destruktiv mövqeyi, beynəlxalq təşkilatların qərarları uzun illər ərzində dəfələrlə Ermənistanın təcavüzkar siyasətini təsdiqləyib. Azərbaycan onilliklər ərzində münaqişəni danışıqlar yolu ilə həll etmək üçün strateji səbir nümayiş etdirsə də, Ermənistan Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək üçün göstərdiyi xoş niyyətə daim qarşı çıxıb. 

Təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılan 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. 

Bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir. 

Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaqdır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

End of content

No more pages to load

RADİO