İqtisadiyyat naziri Mikayıl Cabbarov Pekində Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" (tvitter) sosial şəbəkə hesabında məlumat verib.
"Pekin şəhərində keçirilən Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) iştirak etdik. Qlobal xidmətlər ticarətini təşviq edən bu sərgi Azərbaycanın iqtisadi potensialının, investisiya imkanlarının və yerli məhsullarımızın tanıdılması üçün səmərəli platformadır", - nazir paylaşımında yazıb.
Bizim.Media