Qazaxıstan respublikası neftini Xəzər və Qara dənizlər vasitəsilə ixrac etmək üçün tankerlər alır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Bloomberg yazıb.
Bildirilib ki, ölkə həmçinin Rusiyadan keçən boru kəmərinə alternativ axtarır.
Qeyd edilir ki, Qazaxıstan Çinə və digər Mərkəzi Asiya ölkələri, eləcə də Avropaya neft məhsullarının ixracını artırmağı düşünür.
Bizim.Media