Ombudsmandan ermənilərin səfirliyimizə hücumu ilə bağlı BƏYANAT 

Azərbacyan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycanın Livandakı Səfirliyinə qarşı erməniəsilli şəxslər tərəfindən törədilən təxribatla bağlı bəyanat yayıb. 

Bu barədə Bizim.Media-ya Ombudsman Aparatından məlumat verilib. 

Qeyd edilib ki, Ermənistan tərəfindən tarix boyu Azərbaycan-türk diplomatlarına qarşı terror siyasəti həyata keçirilib, cari ildə həmin siyasətin bu gün də dəstəklənməsinin rəmzi olaraq “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılışı keçirilib: 

"Bu siyasətin nəticələrindən biri kimi çıxış edən növbəti hal Livanda baş verib, 50-yə yaxın erməniəsilli şəxs Azərbaycan Respublikasının Livan Respublikasındakı səfirliyinin inzibati binası qarşısında toplaşaraq boya ilə doldurulmuş, partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb, hasarlara zərbə vurub və müxtəlif şüarlar səsləndirib. 

Səfirliyin heyəti arasında xəsarət alan olmasa da, bu kimi hallar azərbaycanlı diplomatların həyat və sağlamlığına zərər vurulması məqsədilə törədilən təxribat kimi qiymətləndirilməlidir.

Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldiyi zaman təxribatı törətmiş şəxslərin oranı tərk etməsi onlar barədə müvafiq məsuliyyət tədbirlərinin görülməsinin qarşısını almamalıdır". 

Ombudsman vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, səfirlik binaları toxunulmazdır və hər hansı, müdaxilədən, zərər vurulmasından mühafizə edilməlidir: 

"Hər bir dövlət diplomatik xidmət orqanlarının təhlükəsizliyinin təmini ilə bağlı zəruri tədbirləri görməlidir. 

Təəssüf ki, bundan öncə də bir neçə dəfə Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinə ermənilər tərəfindən hücumlar edilmiş, müxtəlif vandalizm aktları törədilib. Livandakı səfirliyimizin önündə də ötən il bu cür insident yaşanıb.

Bu səbəbdən ermənilərin aksiya keçirmək adı ilə radikal hücumlarını davam etdirməsi və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən, ittihamyönümlü əsassız şüarlar səsləndirməklə zorakı əməllər törətməsi ciddi narahatlıq doğurur. 

Bildirmək istərdim ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət təbliğatının daha kəskin hal alması ilə bağlı dəfələrlə açıq müraciətlərimiz olub. Belə ki, bu Azərbaycanofobiya siyasətinin davam etdirilməsi Ermənistanla yanaşı, onun hüdudlarından kənarda da ermənilər tərəfindən müxtəlif formalarda Azərbaycanı hədəfə alan əməllərin törədilməsinə gətirib çıxarır. 

Bu baxımdan, bütün xarici dövlətləri “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməyə, diplomatik nümayəndəliklərin hədəfə alınması hallarını qəti şəkildə pisləməyə, zəruri məsuliyyət tədbirlərinin görülməsinə dəstək verməyə çağırıram". 
Qeyd edək ki, Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

Şahbaz Şərif: “ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir”

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

AYNA-dan taksilərlə bağlı AÇIQLAMA

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Paşinyanın kortejində QƏZA - 1 ölü, 12 yaralı

Tolik yenidən efirə qayıdır?

Tolik yenidən efirə qayıdır?

Vens İslamabaddadır - VİDEO

Vens İslamabaddadır - VİDEO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Azərbaycana xaricdən gətirilən arılar RİSK yaradır - Arıçılardan HƏYƏCAN TƏBİLİ – FOTO

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Qəzalarda ölən hər 3 nəfərdən 1-i təhlükəsizlik kəmərini bağlamayıb

Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO

Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

End of content

No more pages to load

RADİO