Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində təsəlliverici görüşə çıxıb.
Bizim.Media-nın məlumatına görə,idmançımız Ermənistan təmsilçisi Hovhannes Mxitaryanla üz-üzə gəlib.
Mxitaryanı 8:5 hesabı ilə məğlub edən güləşçi bürünc medal uğrunda görüşdə Slovakiya pəhləvanı Boris Makoyevə rəqib olub.
Qeyd edək ki, sərbəst güləşçilərin medal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bizim.Media