Uzun zamandır işsizlikdən şikayət edən “Best Model of The World” titulunun sahibi, model və aktyor Rüstəm Cəbrayılov Rusiyada yeni serialda çəkilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, “ölkənin ən yaraşıqlı kişisi” “Домашний” kanalının sifarişi ilə “Абрикосовая горечь” (Ərik açısı) ekran əsərində rol alıb.
Sözügedən serialda Cəbrayılov baş rolun ifaçısıdır.
Çəkilişlər Belarusda və Moskvada aparılıb. Serialın yaxın aylarda təqdimatı gözlənilir.
Rəşad Əliyev, Bizim.Media