"Dinamo" və Azərbaycan millisinin hücumçusu Mahir Emreli yenidən Rusiya klublarının diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, 26 yaşlı forvard "Lokomotiv"in transfer siyahısındadır.
Zaqreb klubu icazə verərsə, Emreli "transfer pəncərəsi"nin sonuna qədər "Lokomotiv"ə keçə bilər. Mahirin özü də, "dəmiryolçular"ın formasını geyinməyə razıdır.
Yaxın günlərdə məsələnin necə yekunlaşacağı dəqiqləşəcək.
Qeyd edək ki, Mahir hələ iki il əvvəl “Lokomotiv”dən təklif almışdı. Amma o, “Legiya”dan ayrılaraq “Dinamo”ya keçməyə üstünlük vermişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media