"Yurqorden"də çıxış edən Musa Qurbanlı İsveç çempionatında qol hesabını açıb. Bizim.Media xəbər verir ki, 21 yaşlı forvard Allsvenskanın 21-ci turunun "Deqerfors"la matçında (4:1) 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Millimizin üzvü qarşılaşmadan sonra instaqram hesabında etdiyi paylaşımda azarkeşlərə təşəkkürünü bildirib:
"Fantastik azarkeşlərimizin qarşısında ilk qollarımı vurmaq necə də möhtəşəm hissdir. Əla dəstəyinizə görə hər birinizə təşəkkür edirəm".
Rəşad Rafiqoğlu, Bizim.Media