“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili komandadan getmək istəyir.
Bizim.Media xəbər verir ki, gürcüstanlı legioner başqa komandada icarə əsasında oynamaq fikrindədir.
Xüsusən də rusiyalı qapıçı Andrey Lunyovun transferindən sonra Quqeşaşvili əsas heyətdə oynamaq şansının olmadığını düşünür. Hazırda Lunyov bununla bağlı klub rəhbərliyi ilə danışıq aparır. Onun taleyinə yaxın günlərdə aydınlıq gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media