Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Mateya Boroyeviçlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Əhmədov bürünc mükafata sahib çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media