Makron ermənilərdən üz çevirir, yoxsa siyasi manevr edir? – Fransa prezidentinin son açıqlamasının PƏRDƏARXASI

“Mən bu termini tələsik işlətməkdən çəkinərdim”.

Bunu “Le Pointe” nəşrinə müsahibə zamanı jurnalistin: “Qarabağda baş verənləri “soyqırım” adlandırmaq olarmı?” sualına cavab verərkən Fransa prezidenti Emmanuel Makron deyib.

Fransa prezidentinin bu cavabı erməniləri xeyli təəccübləndirib. Çünki, ermənilər Makronu özlərinin ən böyük müdafiəçisi kimi görürlər. Ona görə də Makronun “soyqırımı” ifadəsi işlətməməsi erməniləri əməlli basil dilxor edib. Əslinə baxsan Makronun bu cür mövqe sərgiləməsi ermənilərə bir mesajdır. Artıq rəsmi Paris erməni diasporunun təzyiqlərindən bezib. Üstəlik, Makron iqtidarı artıq ermənilərin hər dediklərini icra edə bilmir.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Ermənistan və Qarabağda yaşayan ermənilər Azərbaycanın haqlı tələblərini qəbul etməyə məhkumdurlar: 

“Azərbaycan diplomatiyasının BMT müstəvisində qazandığı uğur təkcə Ermənistana deyil, onun havadarlarına da ciddi təsir göstərib.

Belə ki, dünyanın ən böyük beynəlxalq təşkilatında Azərbaycana qarşı qətnamə qəbul edilməsinə çalışan İrəvan bu fəaliyyətində tam fiaskoya uğradı. Onu hətta ən yüksək səviyyədə müdafiə edən Fransa belə bütün cəhdlərə rəğmən anti-Azərbaycan sənədinin qəbuluna nail ola bilmədi. Hesab edirəm ki, bu hadisə sözün həqiqi mənasında həm Ermənistanda, həm də Qarabağdakı separatçılar arasında ruh düşkünlüyünə səbəb olub. Bunun nəticəsidir ki, onlar artıq üçüncü çıxış yoluna baxmaq zorundadırlar. 

Birinci çıxış yolu hərbi yoldur. Hərb məsələsində Azərbaycanla üz-üzə gəlmək isə özünə ölüm hökmü çıxarmaqdan başqa bir şey deyil. 

Diplomatik istiqamətdə də ermənilər BMT-də biabırçı məğlubiyyətə düçar oldular. 

Belədə, ermənilər üçüncü yolu, Azərbaycanla danışıqlara gedərək, irəli sürdüyümüz təklifləri qəbul etməlidirlər. Hansı ki, bu təkliflər Ermənistanla yanaşı, Qarabağdakı ermənilər üçün olduqca faydalıdır. Bu Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasının tərkib hissəsidir və bu proses mərhələ-mərhələ həyata keçir”. 

Deputat qeyd edib ki, Fransa Prezidenti dünya ictimaiyyətinin erməni yalanlarından bezməsinin təsiri altında İrəvanın istəyinə uyğun gəlməyən cavabı verib: 

“Təsadüfi deyil ki, Qarabağdakı erməni tör-töküntüləri də artıq Ağdam-Xankəndi yolu ideyasını qəbul etməyə başlayıblar. Halbuki, ona qədər belə bir yolun mövcudluğunu belə istisna edirdilər.
İndi reallıqlar o qədər dəyişib ki, artıq təpədən dırnağa qədər ermənipərəst mövqedə olan Makronun davranışında da bu hiss olunmaqdadır. Onun nəticəsidir ki, Makron son müsahibəsində Qarabağda yaşanan hadisələri “soyqırım” adlandırmaq olarmı sualına, yox deyərək, belə tələm-tələsik ifadələr işlətməyin əleyhinə olduğunu söyləyib. 

Bununla da ermənilərin ürəyindən keçən cavabı verməyib. Makron da görür ki, beynəlxalq ictimaiyyət ermənilərin siyasi oyunbazlığından artıq bezib. Ona görə Makron da qəribə səslənsə də, erməniləri məmnun etməyən cavab verib. Bütün bunlarsa Azərbaycanın apardığı fəaliyyətinin haqq işi olduğunu göstərir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

End of content

No more pages to load

RADİO