Hollivud ulduzu Leonardo Di Kaprio italiyalı model Vittoria Çeretti ilə gəzərkən paparasilərin obyektivinə tuş gəlib.
Bizim.Media xəbər verir ki, 48 yaşlı aktyor 25 yaşlı modellə Santa Barbara ətrafında dolaşaraq dondurma yeyiblər.
İkilinin birlikdə görüntülənməsi ilk dəfə deyil. Belə ki, onlar ilk dəfə bu ilin mayında Kannda görüntüləniblər.
Avqust ayında isə Rikardo Tisçinin ad günü münasibəti ilə ulduz gecəsinə birlikdə qatılıblar.
Qeyd edək ki, Leonardo Di Kaprio keçən il model Kamila Morrone ilə ayrılıb və o vaxtdan bəri bır sıra məşhur modellərlə görüntülənib.
Rəşad Əliyev, Bizim.Media