Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, Ataman Güneyligilin baş məşqçi olduğu kollektiv C qrupundakı beşinci matçında İsveç seçməsini sınağa çəkəcək.
Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, yığmamız qrupda keçirdiyi əvvəlki qarşılaşmalarda Çexiyanı 3:0, Yunanıstanı 3:2 hesabı ilə məğlub edib, Almaniyaya 1:3, Türkiyəyə isə 0:3 hesabı ilə uduzub. Hazırda millimiz 5 xalla 3-cü pillədə qərarlaşıb.
Bizim.Media