Xəbər verdiyimiz kimi, dünya pop səhnəsinin ulduzu Rihannanın avqustun əvvəlində ikinci övladı dünyaya gəlib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin ikinci dəfə oğlu doğulub.
Rihannanın qızı olması ilə bağlı iddialar isə öz təsdiqini tapmayıb. Los-Ancelesdə dünyaya gələn körpənin adı bilinməsə də, lakin adının “R” hərfi ilə olduğu üzə çıxıb.
Qeyd edək ki, Rihannanın repçı nişanlısı Eysap Rokidən ötən ilin mayında oğlu dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media