İran prezidenti İbrahim Rəisi BRIKS sammitində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Rəisi avqustun 23-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərinə yola düşəcək.
İran prezidenti Cənubi Afrika prezidenti Siril Ramafosanın dəvəti ilə XVI BRIKS sammitində iştirak edəcək.
Avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRIKS sammitində Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirk edəcək.
Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Rusiya Prezidenti Vladimir Putin sammitə videokonfrans vasitəsilə qatılacaq.
Bizim.Media