Vəkil Zülfiyyə Bayramova xəstəxanalıq olub.
Bizim.Media xəbər verir ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən Zülfiyyənin səhhətində problem yaranıb.
Zülfiyyə xəstəxanada tibb bacısının nəzarəti altında çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
"Yenə Milli Onkologiya Mərkəzi, yenə mən və o qız" - deyə Zülfiyyə paylaşımında qeyd edib.
Qeyd edək ki, mədəsində şiş aşkarlanan Z.Bayramova 2018-ci ildə əməliyyat olunmuşdu.
Rəşad Əliyev, Bizim.Media