Ermənistanın Qarabağda humanitar vəziyyətin olması ilə bağlı iddiaları ifşa edildi - BƏYANAT

16 avqust 2023-cü il tarixində BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə keçirilmiş iclas zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı guya Azərbaycanın hərəkətləri nəticəsində hansısa humanitar vəziyyətin olması ilə bağlı iddiaları bir daha ifşa edilib.

Bu barədə Bizim.Media-ya Qərbi Azərbaycan İcmasından məlumat verilib.

İclas həmçinin Ermənistanın siyasətinin əsl mahiyyətinin Azərbaycana qarşı ərazi iddiaları və onun daxili işlərinə qarışmaq olduğunu bir daha göstərib.

Ermənistandan və vaxtilə hərbi istila yolu ilə ələ keçirərək 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlını qovmuş və onların geri qayıtmasına imkan verməyən Ermənistanın indi Azərbaycanı hansısa humanitar məsələdə ittiham etməyə çalışması ikiüzlülükdür.

2020-ci il müharibəsi zamanı Azərbaycanın Qarabağ bölgəsindən köçmüş ermənilərin müharibədən dərhal sonra təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına imkan yaratmış və hazırda onların re-inteqrasiyasına çalışan Azərbaycan tərəfi öz Konstitusiyasının və insan hüquqlarının aliliyini təmin edir və bölgədə davamlı sülhün əsaslarını möhkəmləndirir.

Mono-etniklik və etnik ayrı-seçkilik siyasəti aparan Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri Azərbaycanda iki xalqın nümayəndələri arasında mümkün uğurlu birgəyaşayışın Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış perspektivlərini gücləndirəcəyidir.
Qərbi Azərbaycan İcması dünya birliyini beynəlxalq sülh və təhlükəsizliyə böyük təhdid olan Ermənistanın ərazi ekspansiyası siyasətini və mono-etniklik ideologiyasını pisləməyə, onun Azərbaycan ərazisində qanunsuz yerləşdirdiyi silahlı birləşmələri dərhal çıxarması və orada yaşayan ermənilərin reinteqrasiyasına əngəl törətməsini dayandırması üçün bu dövlətə təzyiq etməyə çağırır.

İcma həmçinin beynəlxalq ictimaiyyətə Ermənistadan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasını dəstəkləməyə dair beynəlxalq ictimaiyyətə bir daha çağırış edir.

Qərbi Azərbaycan İcması, eyni zamanda BMT Təhlükəsizlik Şurasının son iclasında da görüldüyü kimi, Fransanın Azərbaycana qarşı bütün platformalarda sistematik xarakter almış düşmən münasibətini kəskin şəkildə pisləyir.

Qərbi Azərbaycan İcması rəsmi Parisi Azərbaycan-fobiya siyasətindən əl çəkməyə və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusundan sui-istifadə etməməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Özbəkistan Rusiyaya nota verdi

Özbəkistan Rusiyaya nota verdi

Ən DALAŞQAN bürclər açıqlandı

Ən DALAŞQAN bürclər açıqlandı

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

End of content

No more pages to load

RADİO