Dünya pop səhnəsinin ulduzu Britni Spirs əri Sem Asgaridən boşanır.
Bizim.Media TMZ nəşrinə istinadən xəbər verir ki, buna səbəb isə sənətçinin Semə xəyanət etməsi olub.
Boşanmaq üçün Asgarinin artıq məhkəməyə müraciət etdiyi də üzə çıxıb. Hazırda isə cütlüyün ayrı yaşadığı bildirilib.
Qeyd edək ki, Britni və Semin bir il əvvəl təmtəraqlı şəkildə toyları olub.
Rəşad Əliyev, Bizim.Media