Dünən erməni hərbçinin yaralanması Ermənistan Müdafiə Nazirliyinin iddia etdiyi kimi Yuxarı Şorca istiqamətində deyil, Qubadlı rayonu ilə sərhədə yaxın Nerkin Kend qəsəbəsində minanın partlaması nəticəsində baş verib.
Bizim.Media xəbət verir ki, bu barədə informasiyanı "Caliber" Telegram kanalı hərbi mənbələrə istinadən yayıb.
Qeyd edilir ki, Kəlbəcərlə sərhəddə, Yuxarı Şorca istiqamətində heç bir döyüş hadisəsi qeydə alınmayıb.
Belə çıxır ki, rəsmi İrəvan siyasi manipulyasiya məqsədilə əsgərinin yaralanmasını “döyüşdə baş verdiyi" kimi təqdim etməyə çalışır, halbuki reallıqda erməni əsgər öz minalarında partlayıb.
Bizim.Media