Martın 17-də futbol üzrə Türkiyə kubokunun yarımfinal matçında “Antalyaspor” doğma meydanda “Alanyaspor”u qəbul edib.
Bizim.Media xəbər verir ki, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Antalya təmsilçisinin heyətində qolları 18-ci dəqiqədə Lukas Podolski və 82-ci dəqiqədə Hakan Özmert vurub.
Beləliklə, "Antalyaspor" bu qələbə sayəsində finalda "Beşiktaş"a rəqib olub.
Qeyd edək ki, Türkiyə kubokunda final oyununun yeri və vaxtı hələ açıqlanmayıb.
Bizim.Media