Fındıqçılıqla məşğul olan fermerlər ÇƏTİN VƏZİYYƏTDƏ – Məhsuldarlıq az, qiymətlər ucuz...

“Bu il  təbiətin şıltaqlığı, dolunun düşməsi təsərrüfalara ciddi ziyan vurdu. O cümlədən fındıq təsərrüfatlarında vəziyyət ürəkaçan deyil. Başqa sahədə fəaliyyət göstərən fermerlərin satdığı məhsulun qiyməti az da olsa, inflyasiyaya uyğundur və özü-özünü indeksasiya edir. Yəni, bu məhsulu satan sahibkar ən azı qazandığı pula digər məhsul ala bilir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib.

Ekspert bildirir ki, son illərdə fındığın ucuzlaşması bu sahənin inkişafına mənfi təsir göstərib.

“Bir neçə il əvvəl kiloqramı 4-5 manata satılan fındığı bu gün sahibkar 2-3 manata sata bilmir. Ötən il də qiymət aşağı düşdü. Yəni əksinə fındığın qiymətində hər hansı artım olmur. Bunun da bir sıra ciddi səbəbləri var. Ümumilikdə isə fındıqçılıqla bağlı vəziyyət digər kənd təsərrüfatı sahələrindən daha ağırdır”.

Kənd təsərüffatı üzrə ekspert Vahid Məhərrəmov da bildirib ki, fındıq sahələrinin çoxalması, eyni zamanda daxili tələbatın, alıcılıq qabiliyyətinin aşağı olması qiymətin ucuz olmasının əsas səbəbidir:

“Tələbi artıran amil heç də təklifin artması deyil. Bütün hallarda ölkə əhalisinin alıcılıq qabiliyyətinin artımı ilə tələbat, qiymət arta bilər. Ölkə əhalisinin alıcılıq qabiliyyəti getdikcə aşağı düşüb. Yəni, gərək fındığin alıcısı olsun ki, qiyməti artsın. 

Son illərdə fındıqçılığın inkişafı ilə bağlı sahələr genişləndirilir ki, bununla da məhsuldarlıq aşağı düşür, istehsalda azalma yaranır. Dünya bazarında son 4-5 ildə fındığın qiyməti 2 dəfədən çox ucuzlaşıb. Əvvəllər də biz deyirdik ki, fındıqçılığı inkişaf etdirmək intensiv yolla olmalıdır. Sahələri genişləndirməklə ekstensiv yolla deyil”. 

Ekspertin sözlərinə görə hələlik, bu məhsulun qiymətinin artması gözlənilmir: 

“Rəqabət mühiti olsa, çox sahibkar fındığın daha dərin emalı ilə məşğul olar və o sahədən daha çox qazanc əldə edər. Bu məhsulun xaricə ixrac olunması əslində qiymətə təsir etməlidir”.

Vahid Məhərrəmov qiymətlərin aşağı olmasının fermerlərə mənfi təsir etdiyini də diqqətə çatdırıb. 

Ekspert onu da vurğulayıb ki, bu sahəyə dövlət tərəfindən nəzarət olunmalıdır: 

“Kənd Təsərrüfatı Nazirliyi fermerlərin problemi ilə maraqlanmalı, istehsalın neçəyə başa gəlməsini hesablamalıdır”.

Qeyd edək ki, Azərbaycan fındıqçılıq sahəsində ixtisaslaşmış ölkələrdən biri hesab olunur. Dünyada fındıq istehsalına görə ölkəmiz 5-ci sırada qərarlaşıb.

Röyanə Oğuz, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Qazax yolu iflic vəziyyətdə - FOTO

Bakı-Qazax yolu iflic vəziyyətdə - FOTO

"Kəpəz"in futbolçusu əməliyyat olundu

"Kəpəz"in futbolçusu əməliyyat olundu

"Həmin müğənniyə dedim ki, "murdar məxluqsan""

"Həmin müğənniyə dedim ki, "murdar məxluqsan""

Cevdet Yılmazla Əli Əsədov arasında telefon danışığı oldu - FOTO

Cevdet Yılmazla Əli Əsədov arasında telefon danışığı oldu - FOTO

Azərbaycan XİN Pakistana BAŞSAĞLIĞI VERDİ

Azərbaycan XİN Pakistana BAŞSAĞLIĞI VERDİ

Messi hələ də “Barselona”ya AZARKEŞLİK EDİR

Messi hələ də “Barselona”ya AZARKEŞLİK EDİR

Milli Məclisin sədri türkiyəli həmkarına başsağlığı verdi

Milli Məclisin sədri türkiyəli həmkarına başsağlığı verdi

Afət Fərmanqızı: “Təranə məni boşanmağa qoymadı” - VİDEO

Afət Fərmanqızı: “Təranə məni boşanmağa qoymadı” - VİDEO

Gürcüstanın daxili işlər naziri təyyarə qəzasının baş verdiyi yerə GETDİ - FOTO

Gürcüstanın daxili işlər naziri təyyarə qəzasının baş verdiyi yerə GETDİ - FOTO

Türkiyə Gürcüstana xüsusi xilasetmə qrupu GÖNDƏRDİ

Türkiyə Gürcüstana xüsusi xilasetmə qrupu GÖNDƏRDİ

Leyla Əliyeva Qəbələdə - FOTO

Leyla Əliyeva Qəbələdə - FOTO

Ronaldo: “Bu, mənim sonuncu mundialım olacaq”

Ronaldo: “Bu, mənim sonuncu mundialım olacaq”

DSX: Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir

DSX: Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir

Növbəti 2 həftədə qar kimi ağ şans zolağına çıxacaq BÜRCLƏR

Növbəti 2 həftədə qar kimi ağ şans zolağına çıxacaq BÜRCLƏR

Nazir: "FHN qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa hazırdır"

Nazir: "FHN qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa hazırdır"

Belçikada “TRUMP” adlı partiya YARADILDI

Belçikada “TRUMP” adlı partiya YARADILDI

Türkiyəli hərbçilərin də olduğu təyyarə qəzasından ANBAAN VİDEO

Türkiyəli hərbçilərin də olduğu təyyarə qəzasından ANBAAN VİDEO

Ehtiyac yaranacağı halda Azərbaycan FHN xilasetmə əməliyyatlarına CƏLB EDİLƏCƏK

Ehtiyac yaranacağı halda Azərbaycan FHN xilasetmə əməliyyatlarına CƏLB EDİLƏCƏK

“Ayaks" yeni baş məşqçisini TAPDI

“Ayaks" yeni baş məşqçisini TAPDI

Qəzaya uğrayan təyyarədə 20 hərbi personal olub - Türkiyə MN

Qəzaya uğrayan təyyarədə 20 hərbi personal olub - Türkiyə MN

Türkiyə təyyarəsinin qəza yerindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Türkiyə təyyarəsinin qəza yerindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Səidə Bəkirqızı bu şəxsə görə hamıya ÇAĞIRIŞ ETDİ - VİDEO

Səidə Bəkirqızı bu şəxsə görə hamıya ÇAĞIRIŞ ETDİ - VİDEO

Ukrayna ordusu Zaporojyenin bir neçə istiqamətdə mövqelərindən GERİ ÇƏKİLDİ

Ukrayna ordusu Zaporojyenin bir neçə istiqamətdə mövqelərindən GERİ ÇƏKİLDİ

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə BAŞSAĞLIĞI VERDİ

End of content

No more pages to load

RADİO