“Rafael ilə Hacıbala tramvay, trolleybus, Tağı da metro şəbəkəsini məhv etdi” – Ekspertdən İTTİHAM

“Pandemiya dövründə bir çox qüsurların şahidi olduq. İctimai nəqliyyatın alternativ növlərinin olmaması – tramvay, trolleybus kimi daha əlverişli nəqliyyat vasitələrinin yoxluğu bizə çox pis təsir göstərdi. Metro bağlı olduğu üçün də avtobuslar yükləndi”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Müsavat tv”nin canlı yayımında nəqliyyat üzrə ekspert Elməddin Muradlı səsləndirib.

Ekspert fikirlərini əsaslandırmaq üçün müvafiq rəqəmlərə toxunub: 
 

“Bu gün Bakıda 2100 avtobus var. Tutaq ki, müəyyən səbəblərə görə 100-ü xəttə buraxılmasa belə, onlardan iki mini çalışır. Amma təhlillər göstərir ki, metro işlədiyi dövrdə Bakı şəhərinə 2500-2600 avtobus lazım idi. Hələ metro işləyə-işləyə...


Bakı şəhərində gündəlik təxminən 2 milyon 200 min sərnişin (pandemiya olmayan dövrdə) dövr edir. Hazırda da sərnişin sayı iki milyona yaxındır. Metronun da sərnişindaşıma yükü 1 milyon 500 mini üstələyir. İndi təsəvvür edin ki, avtobusların sayı 2100 olaraq qalır və metro da bağlıdır. Metropolitenin də milyon yarımlıq sərnişin yükü avtobusların üzərinə düşür”.

Nəqliyyat ekspertinin sözlərinə görə, avtobuslar heç metro çalışanda, karantindən əvvəl də sərnişinlərin rahat hərəkətini tam təmin edə bilmirdi. 

“Cənab Prezident tapşırıb və əslində Dövlət Proqramı da var ki, ictimai nəqliyyatın alternativ növləri də (trolleybus, tramvay) yaradılsın. Çox təəssüf ki, keçmiş Bakı merləri Rafael Allahverdiyev və Hacıbala Abutalıbov bu sistemi məqsədli şəkildə məhv etdilər.
 

Tramvay və trolleybus xətlərinin misini, dəmirini satdılar. Yol tiintisi və şəhərsalmanı da elə bərbad vəziyyətə saldılar ki, indi istəsək də o yolları çəkmək bizim üçün ağır fəsadlar törədəcək. Yol şəbəkəsi daralacaq və s.


Nümunə üçün, adi avtobus zolağı hazırlananda bir çox küçələrdə problemlər yaranır. Avtobus zolağı boş qalır və 5 dəqiqədən bir oradan avtobus keçir. Amma 5 dəqiqə ərzində həmin zolaqla minlərlə avtomobil hərəkət edə bilər. Belə bir müqayisə yaranır: avtobusdakı 70-80 nəfərə görə avtomobillərdə olan 1500 insan gözləməli olur”.

Elməddin Muradlı bəzi avtobus zolaqlarının da tam olmadığını deyərək Bakının nəqliyyat infrastrukturundakı əsas problemləri köhnə rüşvətxor məmurların pula görə hər tikinti işinə icazə verməkləri ilə izah edib. 

“Metroya qayıtsaq, Tağı Əhmədov metro şəbəkəsini məhv edib. Metronun bu gün işləməməsinin səbəbkarı QSC-nin eks rəhbərinin fəaliyyətidir. Hazırda metropoliten bəyan edir ki; biz fəaliyyətə hazırıq, icazəni Operativ Qərargah verməlidir. 
 

Bir metro qatarı təxminən 5 vaqondan ibarətdir, 1 vaqon isə 2-3 avtobus yükünü çəkə bilir. 5 vaqon isə 10-15 avtobusdan artıq sərnişin daşıya bilir. Həmçinin metroda səfər müddəti daha qısadır.


Avtobusda qucaq-qucağa gedəndə yoluxma riski çox olur, yoxsa getdiyin ünvana metro ilə daha tez çatanda? Bunu Operativ Qərargahda oturanlar da bilir, əgər məlumatsızdırlarsa neçə aydır ki, deyirik”.

Nəqliyyat eksperti metronun hansısa terror təhlükəsinə görə açılmadığı fikiri ilə də razılaşmayıb və bunun qarşısını almaq üçün orada kifayət qədər hüquq-mühafizə orqanı əməkdaşlarının olduğunu dilə gətirib. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

"Qarabağ" "Nyukasl" matçında ikinci qol vuruldu - VİDEO/YENİLƏNİB

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Ucarda güclü yanğın 11 kəndi qazsız qoydu

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

Nazənin həyat yoldaşından xəbərsiz qurduğu biznesdə 120 min İTİRDİ - VİDEO

End of content

No more pages to load

RADİO