Fuad Nəcəfli: “Naxçıvanda fəaliyyət göstərən şirkətlər Çinlə geniş əməkdaşlıq edirlər” – FOTO

Avqustun 10-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Çin Xalq Respublikasının Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.  

Bizim.Media “Nuhçıxan” agentliyinə istinadla xəbər verir ki, səlahiyyətli nümayəndə qonaqları bu il 100 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin doğma vətəni Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edib.  

Vurğulayıb ki, ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.   


2022-ci ilin dekabrından Naxçıvanda fəaliyyətə başlayan yeni idarəetmə institutu, səlahiyyətli nümayəndəliyin fəaliyyəti barədə məlumat verən Fuad Nəcəfli bildirib ki, ötən dövrdə Naxçıvandakı mövcud vəziyyət araşdırılıb və ölkə prezidentinin sərəncamı ilə 5 illik sosial-iqtisadi inkişaf proqramı təsdiq edilib.

Proqramda kənd təsərrüfatı, energetika, yol infrastrukturu, xüsusi iqtisadi rejimə keçid kimi 11 prioritet istiqamət üzrə layihələr reallaşdırılacaq.  

Naxçıvan Muxtar Respublikasının ümumilikdə yaşıl enerji məkanına çevrilməsi ölkə prezidentinin diqqətindədir. Bunun üçün Naxçıvanda 1500 meqavat gücündə yaşıl enerji potensialı mövcuddur.   

Vurğulanıb ki, bu layihələrin reallaşdırılmasında Azərbaycanla Çin Xalq Respublikası arasındakı əlaqələr də önəm kəsb edir. Çin investorları Azərbaycana böyük maraq göstərirlər. Eyni zamanda, Naxçıvanda fəaliyyət göstərən şirkətlər Çin şirkətləri ilə geniş əməkdaşlıq edirlər.


Görüşdə 2021-ci ildə Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan ən strateji bölgələrindən olan Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikasının ən iri sənaye bölgəsi olan Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına dair Memorandumun imzalanması əlamətdar hadisə kimi qiymətləndirilib, əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsi perspektivləri müzakirə edilib.  
Görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov da iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

Futzal millimiz Gürcüstana uduzdu

Futzal millimiz Gürcüstana uduzdu

Nazirdən Tural Kərimovla bağlı ƏMR

Nazirdən Tural Kərimovla bağlı ƏMR

QARABAĞDAN Bakıya su çəkilə bilər

QARABAĞDAN Bakıya su çəkilə bilər

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Mahir oynamadı, komandası qalib gəldi

Mahir oynamadı, komandası qalib gəldi

Minarə İskəndər vəfat etdi - FOTO

Minarə İskəndər vəfat etdi - FOTO

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Kürdə suyun səviyyəsi ARTDI

Kürdə suyun səviyyəsi ARTDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

End of content

No more pages to load

RADİO