XİN Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza sadələşdirilməsinə dair MƏLUMAT YAYIB 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat yayıb. 

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər. 

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir: 

74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd; 

74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu. 

“ASAN Viza” sistemi vasitəsilə verilən birdəfəlik və ya çoxdəfəlik elektron vizanın rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
“ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən birdəfəlik elektron vizanın ölkədə qalma müddəti 30 günədək, çoxdəfəlik elektron vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir. 

Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada 3 saat ərzində verilməsi məqsədilə www.evisa.gov.az internet səhifəsinə daxil olaraq müraciət edə bilərlər. 

2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə birdəfəlik elektron vizanın verilməsi həyata keçirilir. 

Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir. 

Qeyd: Birdəfəlik elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir. 

Birdəfəlik elektron viza veriləcək ölkələrin siyahısı

AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ HAVA LİMANLARINDA VƏTƏNDAŞLARINA BİRDƏFƏLİK ELEKTRON VİZA RƏSMİLƏŞDİRİLƏN ÖLKƏLƏRİN SİYAHISI 

Ölkənin adı 

Rəsmiləşdirilən vizanın müddəti 

1. Oman 
30 gün 

2. Səudiyyə Ərəbistanı Krallığı 
30 gün 

3. Bəhreyn 
30 gün 

4.Küveyt 
30 gün

5.Yaponiya 
30 gün 

6. İndoneziya 
30 gün

7.Çin Xalq Respublikası 
30 gün 

8.Koreya Respublikası 
30 gün 

9.Malayziya 
30 gün 

10.Sinqapur 
30 gün 

11.İsrail 
30 gün 

Aşağıda göstərilən hallarda və şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ölkədə qalma müddəti 30 günədək müəyyən edilmiş viza rəsmiləşdirilir: 

Qətər Dövləti, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Küveyt Dövləti vətəndaşlarını müşayiət edən və eyni zamanda həmin ölkələrin rezident kartına sahib olan şəxslərə. 

Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə. 

Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına. 

Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında). 

Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

Futzal millimiz Gürcüstana uduzdu

Futzal millimiz Gürcüstana uduzdu

Nazirdən Tural Kərimovla bağlı ƏMR

Nazirdən Tural Kərimovla bağlı ƏMR

QARABAĞDAN Bakıya su çəkilə bilər

QARABAĞDAN Bakıya su çəkilə bilər

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Mahir oynamadı, komandası qalib gəldi

Mahir oynamadı, komandası qalib gəldi

Minarə İskəndər vəfat etdi - FOTO

Minarə İskəndər vəfat etdi - FOTO

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Kürdə suyun səviyyəsi ARTDI

Kürdə suyun səviyyəsi ARTDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

End of content

No more pages to load

RADİO