Ermənilər Ənvər Paşanın ölümünü necə öz adlarına ÇIXDILAR? – TARİXİ SAXTAKARLIQ 

“Uzun zamandır Sovet dövründə ermənilərin nəzarətində olan tarix kitablarından götürülmə bir faktı dəqiq araşdırmadan hər kəs yazır. Hətta bu günün özündə belə Türkiyə və Azərbaycanda belə bir tarixi yanlışlıq kitablarda və sosial mediada da paylaşılır.

Guya, 4 avqust 1922-ci ildə Qurban bayramı zamanı Tacikistandakı Belçivan yaxınlığında Aqop Melkovyanın rəhbərlik etdiyi bolşevik ordusuna qarşı olan döyüşdə öldürülüb.

Bu günə qədər də hər kəs elə bilir ki, Ənvər Paşa kimi qəhrəmanı hansısa erməni öldürüb. Hətta erməni tarixçiləri lap irəli gedərək yazırlar ki, guya Aqopa Ənvər paşa təkbətək döyüşdə məğlub olub və erməni onu qılıncla doğrayıb. Bu fakt hələ də yazılacaqdı, bu barədə əsl həqiqətlər üzə çıxana qədər...”

Bizim.Media xəbər verir ki, bu barədə tarixçi-alim, dosent Zaur Əliyev araşdırma aparıb.
Alim ermənilərin Ənvər Paşanın ölümünü öz adlarına çıxmaları ilə bağlı yalanlarını ifşa edib:

“Ənvər Paşa Türk dünyasının ən cəsarətli generallarından biri olub. Onun şəxsiyyəti haqqında sadəcə bir fakt yetər ki, türk dünyasında, xüsusilə Azərbaycanda onun necə sevildiyini görək.

Əziz Alpoud Türkiyədə qələmə aldığı xatirələrində 1920-ci ildə Bakıda keçirilən Şərq Xalqlarının Qurultayında iştirak etmək üçün gələn Ənvər Paşa haqqında yazırdı: 

“Hörmətlə əlini sıxdım, təşəkkür edərək ayrıldım. Arxamda xeyli həmyerlilərimiz yığışmışdı. Mən maşından aralanarkən ağ saqqallı, yaşlı bir qoca iki əli ilə sağ əlimə yapışdı və mən onun nə istədiyini anlayıncaya qədər əlimdən öpdü... Çünki bu əlim Ənvər Paşanın əlinə toxunmuşdu...”

Ənvər Paşa bolşevik dəstələrinə qarşı savaşda öldürülüb, lakin nə onu Aqop Melvokyan öldürüb, nə də onun ölümündə bir erməninin rolu olub. Ermənilər yalandan rusların əli ilə belə saxta tarix yazıb, Ənvər Paşanın guya uydurma soyqırıma görə qisasların alıblar. 

Əslində isə Georgi Ağabekova Ənvər Paşa əməliyyatında iştirak edib və o baş verənləri bu cür təsvir edib: 

"Ənvər Paşanın başçılıq etdiyi Basmaçıların qərargahı dağlara qaçdı, lakin ətrafa göndərilən eskadrona rast gələrək döyüşə girdi. Döyüş nəticəsində düşmənin qərargahı darmadağın edilib.

Yalnız üç nəfər qaça bildi. Döyüş meydanında 28 cəsəd qaldı. Onların arasında Ənvər Paşa da müəyyən edilib. Qılınc  zərbəsi ilə onun başına və gövdəsinin bir hissəsinə zərbə endirildi. O öləndə əlində Quran kitabı var idi". 

Ənvər Paşanın dəstəsi - Dövlətmənd bəy, Qazax Murad, Kazanlı Kərim bəy, Müslümanqul, Çərkəz Hüseyn Nafiz, Danyal bəy kimi döyüşçülərdən ibarət idi və Dövlətmənd bəy Ənvər Paşanı arxadan vurmaq istəyən bolşevik əsgərini atın üstündə əlləri ilə boğmuşdu. 
Sonradan İbrahim bəyin dindirilməsi zamanı o yazmışdı ki, Ənvər Paşa can verən zaman "Hər şey Vətən üçün, hər şey Türküstan üçün" deyib. 

Türk generalının cənazəsi, eləcə də sənədlər Buxara Qüvvələr Qrupunun xüsusi idarəsinin sərəncamında idi. Kağızlar arasında türk, fars, özbək dillərində sənədlər, şifrələr, məktublar, o cümlədən Tavfia adlı qadından, eləcə də Qrunvalddan uşaqların atalarına almanca yazdığı məktublar var idi.  

"Ənvər paşanın məhv edilməsində xidmətləri M.Nikitinin komandanlığı altında olan sağ kolonda olan 8-ci Başqırd süvari briqadasının 16-cı alayının 3-cü eskadrilyasına məxsus idi. Ənvər paşa sinəsindən beş güllə ilə öldürüldü". 

Bu rəsmi məlumat idi və bolşevik hökuməti bunu beləcə qeyd edib. 

Lakin Ənvər Paşa öldürülüb dəfn edilməsinə baxmayaraq 11 gün bolşevik dəstələri onun öldüyünü bilməyiblər. Bütün ərazini axtarıblar və nəhayət əsir düşən basmaçlardan biri, İbrabim bəy Ənvər Paşanın döyüşdə öldürüldüyünü etiraf edir.

Bolşeviklər 11 gündən sonra həmin ərazidə qəbirləri qazmış, bir-bir meyidləri incələmiş və nəhayət onun cəsədini tapıb. Bolşeviklər tam əmin olduqdan sonra bu Ənvər Paşadır, onun dəfn edilməsinə izn verib. 

Ənvər Paşa şəhid olduqdan sonra rus hissə komandiri Kulikov tərəfindən əşyaları Daşkəndə, oradan da sonralar Moskva hərbi muzeyinə göndərilmişdi. 

1996-cı ildə isə Tacikstan-Türkiyə arasında imzalanan müqaviləyə görə, Düşənbənin təxminən 200 km şərqindəki Belçivan şəhərinə bağlı Obtar kəndində olan Ənvər paşanın məzarı müəyyən edilib, Türkiyəyə gətirilərək dəfn edilib.

Bu günə qədər erməni, rus və Azərbaycan mənbələrinin verdiyi məlumatlar yanlışdır. Ənvər Paşanın cəsədi araşdırılan zaman da əsl həqiqətlər üzə çıxmışdır.

İndiyə qədər  Aqop Melkumyanın guya təkbətək döyüşdə onun sağ əlini kəsməsi məsələsi də, onun ölümündə nemezsisin rolu da yalan çıxdı, hər hansı bir erməninin onun ölümündə rolu olmadığı da üzə çıxdı. Bir sözlə yenə də ermənilərin saxta tarix yazdığı sübut edildi. Ənvər Paşa döyüşdə kişi kimi vuruşub və sinəsinə beş güllə alaraq ölüb. Əsl Türk törəsinə uyğun...”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Çin Sədri İlham Əliyevi təbrik edib

Çin Sədri İlham Əliyevi təbrik edib

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Əli Laricanin məzarının FOTOSU

Əli Laricanin məzarının FOTOSU

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

Putin Çinə GEDİR

Putin Çinə GEDİR

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Mənzildə düzgün hava axınını təşkil etməyin SADƏ YOLU

Mənzildə düzgün hava axınını təşkil etməyin SADƏ YOLU

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

İranın televiziya mərkəzinə raket zərbəsi endirildi

İranın televiziya mərkəzinə raket zərbəsi endirildi

End of content

No more pages to load

RADİO