Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ağdam vasitəsilə Xankəndinə daxil olması yalnız Vaqif Xaçaturyanın azad edilməsi şərti ilə qəbul ediləcək.
Bizim.Media xəbər verir ki, bu absurd açıqlamanı Qarabağdakı qondarma rejimin “Antiböhran Şurası”nın sədri Tiqran Petrosyan səsləndirib.
Bu barədə o, Facebook səhifəsində yazıb:
“Əks halda başqa addım atacağıq”.
Yeri gəlmişkən, Azərbaycan Ordusu Qarabağdakı separatçı ünsürlərin istənilən addımının qarşısını vaxtında və layincə alacaq. Bu haqda rəsmi Bakı istər Xankəndidəki tör-töküntülərə, istərsə də İrəvandakı sorosçulara dəfələrlə xəbərdarlıq edib.
Bizim.Media