Marketlərin BONUS FIRILDAĞI – Müştərilər NECƏ ALDADILIR? – ARAŞDIRMA 

Hər birimiz gündəlik olaraq müxtəlif marketlərin müştərisi kimi bonuslardan yararlanırıq. Ancaq fikir versək görərik ki, əksər vaxt bonus kartları reklam edildiyi qədər faydalı deyil.

Əlbəttə ki, hər bir müəssisənin marketinq siyasəti və bonus qaytarmaq şərtləri fərqlidir. Bəzilərində ümumiyyətlə bonus kartı olmadan endirimdən faydalanmaq olmur. 

Maraqlı məqam isə odur ki, əksər hallarda müştəriyə bəh-bəhlə bonus kartı təqdim edilir, haqqında bütün məlumatlar alınır. Lakin endirimlər haqqında məlumat verilsə də, bonusların itməsi, endirimlərin bitməsinə dair heç bir məlumat göndərilmir. Hərçənd ki, hər bir marketlər şəbəkəsi öz müştərilərini bonus kartından istifadəyə görə təyin edə bilir.

Redaksiyamıza da supermarketlərin bonsu saxtakarlığı ilə bağlı çoxsaylı şikayətlər gəlir. Şikayətçilərdən biri iddia edir ki, bir çox marketlərdə tütün məmulatları və spirtli içkilərə görə, ümumiyyətlə, bonus verilmir.

Bəs, qanunda bununla bağli hansısa bir qadağa nəzərdə tutulubmu?

Hüquqşünas Zaur Quliyev bildirir ki, müəyyən qrup məhsullara görə ƏDV-nin qaytarılmaması nəzərdə tutulsa da, bonusun verilməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.

“Qanunda əlavə dəyər vergisinin qaytarılması ilə bağlı tütün məmulatları, un və un məhsulları həmçinin digər nəzərdə tutulmuş məhsullara görə ƏDV-nin qaytarılmaması nəzərdə tutulub. Amma bonus sistemi mağaza və dükanların, eləcə də bankların özlərinin layihələridir. Qanunda bununla bağlı bir qadağa yoxdur. Ona görə də müştəri cəlb etmək üçün həmin layihələri həyata keçirilməsində supermarketlər tamamilə azaddırlar”.

Bəs bonus kartları müştəriyə verildiyi halda, ona bonusun düşmədiyi və ya kartdakı bonusun itəcəyi barədə niyə əvvəlcədən xəbərdarlıq  edilmir?

Qida üzrə ekspert, restorator Məmməd Əhmədovun sözlərinə görə, marketlərdə bonus və müəyyən hədiyyələr xüsusi daxili proqramla müəyyən edilirki, bir çox hallarda da düzgün olmayan hesablama aparılır:

“Hər bir iaşə obyektinin istər restoranın, istərsə hər hansı market şəbəkəsinin, adi supermarketin belə marketinq siyasəti var. Onlar bununla bir növ müştəriləri cəlb edirlər. Bildirilir ki, “müəyyən miqdar alış-veriş edin sizə güzəşt ediləcək”. Bəlli bir tarixdə seçim aparılır və qalib müəyyənləşir. Yaxud müəyyən məbləğ qoyulur və həmin vaxtda hədiyyələr verilir. Təbii ki, bu prosesi izləmək çətindir. Onu müştəri özü də bilmir. 

Hazırda kampaniya şəklində məsələn, 50 manatlıq alış-veriş edəndə 50 bonus və yaxud başqa endirim edilir. Bütün bu proseslər isə istehlakçının hüquqları qorunması şərtilə olmalıdır. Çünki istehlakçı ora gedirsə, qarşı tərəf də bunu təmin etmək məcburiyyətindədir”.

“Bonusun itəcəyi ilə bağlı müştəriyə məlumat verilməməsi qanun pozuntusudur”

Ekspert bildirib ki, buna yalnız aidiyyəti qurumlar nəzarət edə bilər. Məmməd Əhmədov həmçinin vurğulayıb ki bəzi marketlər bonusun itəcəyi barədə müştəriyə məlumat göndərmirsə, bu həmin marketlər şəbəkəsinin istehlakçıya qarşı etdiyi qanun pozuntusudur:

“Hər bir müştərinin bonus kartı alarkən telefon nömrəsi,emaili və haqqında digər məlumatlar alınırsa, sözügedən məlumatları da göndərməlidirlər. Çünki əgər o məlumat bazası varsa və endirimlər, müəyyən kampaniyalar haqqında insanlara məlumat göndərildiyi kimi eyni o mexanizmlə də bonusun itməsi və s. kimi məsələlərə bağlı da məlumatlandırmaq lazımdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycan istehlakçıları 1 ildə almadıqları mal üçün təxminən 500 milyon manat pul ödəyirlər.

‘’Bonus kartlarına yüklənmələr haqqında problemlər istisna hal deyil. Çünki marketlər istehlakçıların ən çox aldadıldığı yerdir. Marketlərdə təkcə bu yox, insanların almadığı məhsula görə pul çıxılması və s. hallar da baş verir”.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

Kanada Fələstinin müstəqilliyini tanıdı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin QALİBLƏRİ mükafatlandırıldı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin QALİBLƏRİ mükafatlandırıldı

Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı

Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı

“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

“Bakıda qələbə qazanmaq mənim üçün çox önəmli idi” - Ferstappen

Azərbaycan paraüzgüçüsü dünya çempionatında qızıl medal qazandı

Azərbaycan paraüzgüçüsü dünya çempionatında qızıl medal qazandı

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu - VİDEO

Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

Erməni dava saldı, Rusiya mediası onu "azərbaycanlı" yazdı -VİDEO

Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

Şamaxıda 15 yaşlı qız nişanlanır? - DİN araşdırır

Şamaxıda 15 yaşlı qız nişanlanır? - DİN araşdırır

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Avstraliya Fələstin dövlətini tanıdığını elan edəcək

Rusiya İstintaq Komitəsinin rəhbərini söyən erməni TUTULDU - VİDEO

Rusiya İstintaq Komitəsinin rəhbərini söyən erməni TUTULDU - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Xankəndi sakini: "İnşallah, tezliklə köçümüz də baş tutar" - VİDEO

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Dağda köməksiz qalan 3 nəfər xilas edildi

Alim Qasımov nəticəsi ilə...

Alim Qasımov nəticəsi ilə...

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı - VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başladı - VİDEO

“Taliban” Trampın tələbini rədd etdi - FOTO

“Taliban” Trampın tələbini rədd etdi - FOTO

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - VİDEO

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirildi - VİDEO

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək - FOTO

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək - FOTO

End of content

No more pages to load

RADİO