Yanvar-fevral aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 30,3 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, yüklərin 53,5 faizi avtomobil, 8,5 faizi dəmir yolu, 3 faizi dəniz, 0,3 faizi hava nəqliyyatı, 34,7 faizi isə boru kəməri ilə daşınıb.
Bizim.Media