Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Qarabağ separatçılarına xidmət edir - DETALLAR

Artıq bir neçə gündür ki, erməni tərəfində sevinc var. İrəvan mediası böyük "siyasi qələbə" kimi yazır ki, argentinalı hüquqşünas, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru (2003-2012) Luis Moreno Okampo öz Twitter səhifəsində yazdığı paylaşımında “aclara” (Qarabağdakı etnik ermənilər nəzərdə tutulur) kömək göstərəcəyini və bir həftə ərzində Azərbaycanın “soyqırım hərəkətləri” ilə bağlı hesabat dərc edəcəyini qeyd edib.

Bizim.Media "caliber.az" saytına istinadən xatırladır ki, Qarabağdakı separatçı rejimin qalıqlarının rəhbəri Arayik Arutyunyan Okampoya məktub göndərərək ekspert rəyini bildirməyi xahiş edib: “Qarabağın ("Arsax") "blokadası" soyqırıma uyğun cinayət hesab oluna bilərmi?”. 

Maraqlıdır, on il əvvəl BCM-dəki vəzifəsini tərk edən bu yaşlı argentinalı hüquqşünasa nə qiymətli bir şey söz verilib ki, o,  tanımadığı toplumu (etnik ermənilər) müdafiə etməyə başlayıb.

Belə çıxır ki, o, vəkillik bacarığını çoxdan itirib (BCM-dən əvvəl Okampo vəkillik fəaliyyəti ilə məşğul olub). Belə olmasaydı, uduzacağı bir işi öz üzərinə götürməzdi və hüquqi statusunu, nüfuzunu itirmək riski ilə üz-üzə qalmazdı.

"Problemin ciddiliyini", o cümlədən "120 min erməninin aclıqdan ölməsi" riskini nəzərə alaraq, hesabatımı 7 gün ərzində dərc etməyi planlaşdırıram". Okampo Arutyunyanın müraciətinə belə cavab verib.

İndi İrəvan və Xankəndində kimlərsə “Qarabağ ermənilərinin blokadası” mifinə inanırlar və hətta BCM-nin keçmiş prokuroru səviyyəsində “Azərbaycanı pisləməyə” köməklik edəcəyi faktından açıq-aşkar ruhlanırlar. 
Məlum olub ki, Okampo Serj Sarkisyanın prezidentliyi dövründə də Ermənistanın maraqlarını qoruyub. Hətta o, Ermənistana iki dəfə səfər edib və ən çox “Haaqa tribunalının “erməni soyqırımı” məsələsinə baxmağa haqqı var” kimi təkəbbürlü açıqlaması ilə yadda qalıb. 

O, bunu 2010-cu ilin aprelində Beynəlxalq İnsan Hüquqları Federasiyasının 37-ci Konqresində bəyan edib.

İrəvanda Okamponu prezident Serj Sarkisyanın özü qəbul edib. Daha sonra, 2015-ci ildə o, yenidən İrəvanda keçirilən “soyqırım cinayətlərinə qarşı beynəlxalq forum”da Sarkisyanla birlikdə bədnam “erməni soyqırımı” mövzusunda əsas məruzəçilərdən biri olub. 

İndi də təqaüdçü Okampo yenidən pul qazanmaq şansı əldə edib və erməni diasporunun pul kisəsindən yararlanmaq fikrinə düşüb.

Qeyd edək ki, istər Avropa Parlamenti, istər Fransa Senatı, istərsə də Beynəlxalq Ədalət Məhkəməsinin və ya başqa bir qurumun məmurlarına rüşvət vermək məsələsində erməni diasporu heç də xəsislik etmir. Kaş ki, onlar “yazıq ermənilər” haqqında bir söz desinlər. Beləliklə, ağsaçlı argentinalı da erməni sərvətindən bəhrələnib. 

Yeri gəlmişkən, Argentinanın erməni diasporu Latın Amerikasında sayca ən böyüyüdür. Müxtəlif mənbələrə görə onun sayı 120.000 nəfərdən çoxdur. Argentinada 1986-cı ildə yaradılan ermənilərin Milli Konqresi və hətta Ermənişünaslıq İnstitutu fəaliyyət göstərir. Bir sözlə, ermənilər Argentina cəmiyyətinə sıx inteqrasiya olunub və Cənubi Amerika ölkəsində həyatın bir çox sahələrinə yol açıblar.
Ermənistanın özündə Argentinanın diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Yeri gəlmişkən, hələ 1987-ci ildə Argentinanın o zamankı prezidenti Raul Alfonsin ölkənin erməni icması qarşısında çıxış edərək Osmanlı İmperiyasında “erməni soyqırımı”nı tanımışdı. 1995-ci ildə Argentinanın digər prezidenti Karlos Menem “erməni soyqırımı”nı tanıyan qanuna veto qoyub. Lakin 2007-ci ildə ölkənin Milli Konqresi 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qanun qəbul edib və indiki prezident Nestor Kirşner “24 apreli anım günü” elan edib.

Bütün bu faktlar bu Latın Amerikası ölkəsində güclü erməni amilinin olduğunu təsdiqləyir. Buna görə də təəccüblü deyil ki, separatçı Arutyunyan argentinalı vəkilin ağzından qondarma “Arsax ermənilərinin blokadası”nın nəzərdən keçirilə biləcəyini eşitməyə ümid edir:

"Azərbaycanın törətdiyi soyqırımdır”. Və şübhəsiz ki, Okampo erməni yalanlarına "inanacaq" və erməni diasporunun pulunu "vicdanla" xərcləyəcək. 

Argentinalının “ədalət keşikçisi” kimi hələ 2010-cu ildə İrəvanda səsləndirdiyi “erməni soyqırımı məsələsi Haaqa Məhkəməsinin fəaliyyətinə uyğundur” ifadələrinə gəlincə, bu da onun fəal şifahi fəaliyyətinin göstəricisindən başqa bir şey deyil. Aydındır ki, hər bir praktiki funksiyanın arxasında sırf erməni lobbisinin maliyyəsi dayanır.

Ümumiyyətlə, ermənilərin hər hansı vasitə ilə dünya ictimaiyyətinə “Bakının soyqırım siyasəti” əfsanəsini sırımaq məqsədilə apardıqları intriqalar təsdiqləyir ki, Ermənistan heç də qonşu Azərbaycan və Türkiyə ilə sülh əldə etməyə can atmır, sadəcə bu fürsəti ləngidir. Bunun üçün Okampo kimi şübhəli reputasiyası olan insanlardan istifadə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zərdabda 46 yaşlı kişi toyda oynadığı yerdə yıxılıb öldü

Zərdabda 46 yaşlı kişi toyda oynadığı yerdə yıxılıb öldü

Rusiyada “WhatsApp” BLOKLANA BİLƏR

Rusiyada “WhatsApp” BLOKLANA BİLƏR

Bəzi ölkələrdən heyvan və quş əti idxalına MƏHDUDİYYƏT QOYULDU

Bəzi ölkələrdən heyvan və quş əti idxalına MƏHDUDİYYƏT QOYULDU

Aygünlə Röya illər sonra birgə GÖRÜNTÜLƏNDİ - FOTO

Aygünlə Röya illər sonra birgə GÖRÜNTÜLƏNDİ - FOTO

Prokurorluq orqanlarında qulluq üçün imtahan verənlərin NƏZƏRİNƏ

Prokurorluq orqanlarında qulluq üçün imtahan verənlərin NƏZƏRİNƏ

“Real” Madridin formaları dünyada ƏN POPULYARDIR

“Real” Madridin formaları dünyada ƏN POPULYARDIR

“Qara cümə" bu bürclərə PUL GƏTİRƏCƏK

“Qara cümə" bu bürclərə PUL GƏTİRƏCƏK

3-cü mikrorayonda yerləşən “Kəndli” bazarında nöqsanlar AŞKARLANDI - FOTO

3-cü mikrorayonda yerləşən “Kəndli” bazarında nöqsanlar AŞKARLANDI - FOTO

Milli Məclisin növbəti iclaslarının gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti iclaslarının gündəliyi AÇIQLANDI

Türkiyə millisinin üzvü "Roma"da qalır

Türkiyə millisinin üzvü "Roma"da qalır

İstanbulda 70 kq qızılla saxlanılan hərbi attaşenin sabiq baş köməkçisinə İTTİHAM AKTI elan olundu

İstanbulda 70 kq qızılla saxlanılan hərbi attaşenin sabiq baş köməkçisinə İTTİHAM AKTI elan olundu

Yermak İSTEFA VERDİ - VİDEO

Yermak İSTEFA VERDİ - VİDEO

Nərimanovdakı yanğın SÖNDÜRÜLDÜ - VİDEO/YENİLƏNİB

Nərimanovdakı yanğın SÖNDÜRÜLDÜ - VİDEO/YENİLƏNİB

Qəbələdə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti görüşü KEÇİRİLDİ - FOTO

Qəbələdə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti görüşü KEÇİRİLDİ - FOTO

Bakıdakı yanğın ərazisinə polislər cəlb olundu, sakinlər TƏXLİYƏ OLUNUR - FOTO

Bakıdakı yanğın ərazisinə polislər cəlb olundu, sakinlər TƏXLİYƏ OLUNUR - FOTO

Ukrayna ordusu daha bir ərazidən rus qoşunlarını ÇIXARDI - VİDEO

Ukrayna ordusu daha bir ərazidən rus qoşunlarını ÇIXARDI - VİDEO

Ximenez "Milan"dan GÖNDƏRİLİR

Ximenez "Milan"dan GÖNDƏRİLİR

Anar Əsədliyə ittiham aktı ELAN OLUNDU

Anar Əsədliyə ittiham aktı ELAN OLUNDU

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var - FOTO

Qusar məktəblisi “Əlaçı” müsabiqəsinin qalibi oldu

Qusar məktəblisi “Əlaçı” müsabiqəsinin qalibi oldu

"Nərimanov" metrosunun çıxışındakı təmir işləri YEKUNLAŞDI

"Nərimanov" metrosunun çıxışındakı təmir işləri YEKUNLAŞDI

Azərbaycanla Tailand arasında dostluq və əməkdaşlığın genişləndirilməsi müzakirə edildi - FOTO

Azərbaycanla Tailand arasında dostluq və əməkdaşlığın genişləndirilməsi müzakirə edildi - FOTO

Naxçıvanda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - VİDEO

Naxçıvanda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - VİDEO

Baksol yolunda güclü YANĞIN – VİDEO/YENİLƏNİB

Baksol yolunda güclü YANĞIN – VİDEO/YENİLƏNİB

End of content

No more pages to load

RADİO