Laçın yolu: Blinken danışır, Rusiya isə müəmmalı şəkildə susur

Laçın sərhəd-keçid məntəqəsi yaxınlığında “humanitar yüklər” daşıyan karvan hələ də keçməsini gözləyir. İndi Ermənistan mümkün qədər diqqəti konvoyun gecikməsi faktına yönəltməyə və bununla da Azərbaycana qarşı beynəlxalq kampaniya aparmağa çalışır.

Bizim.Media xəbər verir ki, bu fikirlər "haqqın.az" saytında gedən materialda yer alıb.

Müəllif yazır ki, regionda sülhün əldə olunmasında maraqlı olan beynəlxalq oyunçular demək olar ki, yekdilliklə Ermənistan tərəfini Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutunu seçməyə çağırırlar.

İyulun 29-da bu marşrutu Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı ABŞ-ın dövlət katibi Entoni Blinken dolayısı ilə təsdiqləyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dialoqla bağlı açıqlama verib. Millerin qeyd etdiyi kimi, kommersiya və humanitar yüklərin, eləcə də şəxsi avtonəqliyyat vasitələrinin Laçın yolu ilə sərbəst keçidinin təmin edilməsinin vacibliyi ilə yanaşı, Blinken alternativ marşrutlar üzrə kompromislərə çağırıb.
Aydındır ki, “alternativ marşrutlar” dedikdə, bilavasitə əvvəllər Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutu nəzərdə tutulur. Ermənistan tərəfi onun istifadəsinə etiraz edib və hətta Laçın sərhəd-keçid məntəqəsi istiqamətində yük maşınları ilə karvan göndərərək Azərbaycan ərazisinə icazəsiz daxil olmağa cəhd göstərib. Beləliklə, Entoni Blinkenin “alternativ marşrutlar üzrə kompromis əldə etməyin vacibliyi” ilə bağlı bəyanatı ilk növbədə Ermənistan və Qarabağdakı etnik ermənilərə ünvanlanıb.

Qeyd edək ki, ABŞ dövlət katibi artıq mövcud olmayan “Laçın dəhlizi”nin açılmasını tələb etsə də, Amerika tərəfinin alternativ olaraq Ağdam marşrutundan istifadəni dəstəkləməsi faktı göstərir ki, bu məsələdə Azərbaycanın mövqeyi qəbul edilib.

Xatırladaq ki, bundan əvvəl Ağdam-Xankəndi marşrutu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Josep Borrell öz bəyanatında mübahisəli yanaşma nümayiş etdirsə də, bu variantdan istifadənin mümkünlüyünü inkar etməyib, deyib ki, Ağdam marşrutu Laçın dəhlizinə alternativ ola bilməz. Azərbaycan tərəfi daha sonra Borrelin mövqeyini tənqid edib.

Qərbdən səslənən Azərbaycan variantının dəstəyini nəzərə alaraq, Azərbaycan ərazilərində yaşayan ermənilər təkzibolunmaz bir faktı nəzərə almalıdırlar. Əgər onlar ərzaq və digər istehlak malları qıtlığı yaşayırlarsa (baxmayaraq ki, regiondan gələn hesabatlar göstərir ki, ermənilərin iddialarının əksinə olaraq, bu cür çatışmazlıqlar “humanitar fəlakət” miqyasında deyil), o zaman bunun məsuliyyəti Ağdam marşrutundan istifadəyə qarşı çıxanların üzərinə düşür.

Doğrudan da, yüklərin Laçın vasitəsilə daşınmasında israr etmək Azərbaycanın bu ərazilər üzərində suverenliyini şübhə altına almaq deməkdir.
Anlamaq lazımdır ki, 10 noyabr tarixli üçtərəfli bəyannamədə qeyd olunan “Laçın dəhlizi” artıq mövcud deyil. Belə ki, Ermənistan bu humanitar marşrutdan sui-istifadə edərək, mina və digər qanunsuz yükləri bu yolla daşıyıb.

Bu arada Ermənistanın “Spayka” nəqliyyat şirkətinin yük maşınları hələ də Laçının girişində gözləyir. Bir gün əvvəl Nikol Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bəyan etmişdi ki, bu yüklər sonradan Qarabağa çatdırılmaq üçün Rusiya sülhməramlı qüvvələrinə təhvil veriləcək.

Aydındır ki, Ermənistan hökumətinin yüklərin Rusiya sülhməramlı qüvvələrinə təhvil verilməsi məsələsində israrlı olması bir məqsədə xidmət edir: bu yüklərin Rusiyanın yurisdiksiyası altında olan ərazilərə buraxılmamasına görə məsuliyyətin bir hissəsini Rusiyanın üzərinə qoymaq. 

Bundan əvvəl erməni mənbələri Rusiya sülhməramlılarından cavab alınana qədər yüklərin yerində qalacağını bildirmişdi.

Sülhməramlılar isə bu yükləri qəbul etmək istəmirlər, eyni zamanda ermənilərə birbaşa bəyan etməkdən çəkinirlər ki, onları Qarabağa çatdırmaq mümkün deyil. 

Bu müəmmalı susqunluğun məqsədi nədir? Laçın-Xankəndi yolu ilə yüklərin daşınmasının keçmişdə qalması niyə hələ də erməni tərəfinə izah edilmir? Bəlkə Rusiyanın özü vəziyyətin daha da gərginləşməsində maraqlıdır və buna görə də Qarabağın erməni sakinlərinin guya “humanitar fəlakət riski altında” olması barədə məlumatların yayılmasına dolayısı ilə töhfə verir?

Bundan başqa, niyə ruslar özləri Ağdam yolundan istifadə etmirlər və separatçıların bu yola beton bloklar qoymasına mane olmurlar?

Bundan əvvəl Qarabağdakı separatçı rejimin lideri Arayik Arutyunyan bildirmişdi ki, Rusiya sülhməramlı kontingentinin qidası bitib, ona görə də sülhməramlılar yerli erməni əhalisinin “məhdud resurslarından” istifadə edirlər. Bəs niyə alternativ və qlobal səviyyədə dəstəklənən marşrut seçmirlər?
Axı buna qədər Rusiya sülhməramlı qüvvələri dəfələrlə Ağdam-Xankəndi marşrutundan istifadə edərək şəxsi heyətin və yüklərin bir hissəsinin Qarabağa daşınmasını həyata keçirmişdi. Məsələn, 29 noyabr 2020-ci il tarixində Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Rusiyadan Azərbaycana dəmir yolu ilə daxil olan hərbi qulluqçular, minik avtomobilləri və xüsusi texnika, eləcə də digər maddi-texniki təchizat vasitələri sərhəd və gömrük nəzarətindən keçib.

Sonra sülhməramlılar üçün nəzərdə tutulan yük Yalama-Bakı-Yevlax-Bərdə dəmir yolu marşrutu ilə Bərdə şəhərinə çatdırılıb.

Vaqonlardan çıxarılan yüklər Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin müşayiəti ilə Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə müntəzəm olaraq təyinat yerinə çatdırılıb.

Amma indi nədənsə sülhməramlılar Bərdə-Ağdam-Xankəndi marşrutundan nəinki Qarabağ ermənilərini təmin etmək, hətta özlərini təmin etmək üçün də istifadə etmək istəmirlər. Hətta Azərbaycanın Ermənistanın silahlı təxribatına cavab olaraq Rusiya tərəfinə Ağdam yolundan sülhməramlı kontingentin təmin edilməsi üçün istifadə edilməsi təklifi ilə göndərdiyi rəsmi nota da baxılmamış qalıb...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Paşinyanı təbrik etdi – VİDEO

İlham Əliyev Paşinyanı təbrik etdi – VİDEO

Sadəcə 1-2 saniyə gözləsəydilər, bu qəza baş verməzdi – VİDEO

Sadəcə 1-2 saniyə gözləsəydilər, bu qəza baş verməzdi – VİDEO

Avropa Parlamentinin yalan və böhtanlarına Prezidentdən SƏRT CAVAB – VİDEO

Avropa Parlamentinin yalan və böhtanlarına Prezidentdən SƏRT CAVAB – VİDEO

Ağdaşda ağır QƏZA: Ölən var - FOTO/VİDEO

Ağdaşda ağır QƏZA: Ölən var - FOTO/VİDEO

İlham Əliyev: “İndiyədək Ermənistana 12 min ton neft məhsulumuz ixrac olunub” – VİDEO

İlham Əliyev: “İndiyədək Ermənistana 12 min ton neft məhsulumuz ixrac olunub” – VİDEO

Zelenski: “Moskvadakı parada Ukrayna dronları “baş çəkə” bilər” - VİDEO

Zelenski: “Moskvadakı parada Ukrayna dronları “baş çəkə” bilər” - VİDEO

İlham Əliyevdən sülh prosesi ilə bağlı AÇIQLAMA - VİDEO

İlham Əliyevdən sülh prosesi ilə bağlı AÇIQLAMA - VİDEO

Prezident: “Azərbaycan və Ermənistan arasında sülh reallıqdır”

Prezident: “Azərbaycan və Ermənistan arasında sülh reallıqdır”

İrandan Pakistana benzini belə daşıyırlar – ANBAAN VİDEO

İrandan Pakistana benzini belə daşıyırlar – ANBAAN VİDEO

Paşinyan Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasından DANIŞDI

Paşinyan Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasından DANIŞDI

İlham Əliyev İrəvandakı tədbirdə videobağlantı formatında çıxış edib - VİDEO

İlham Əliyev İrəvandakı tədbirdə videobağlantı formatında çıxış edib - VİDEO

Quba sakinlərinin NƏZƏRİNƏ – Bəzi kəndlərin adı DƏYİŞDİRİLƏCƏK

Quba sakinlərinin NƏZƏRİNƏ – Bəzi kəndlərin adı DƏYİŞDİRİLƏCƏK

Paşinyan: “Ümid edirəm ki, 2028-ci ildə Azərbaycana səfər etmək imkanım olacaq”

Paşinyan: “Ümid edirəm ki, 2028-ci ildə Azərbaycana səfər etmək imkanım olacaq”

Bakıda narkokuryerlər 71 kq tiryəklə tutuldular – ANBAAN VİDEO

Bakıda narkokuryerlər 71 kq tiryəklə tutuldular – ANBAAN VİDEO

Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI

Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI

“Dünyanın ən cazibədar azarkeşi” Mayami Qran-prisində gündəm oldu - VİDEO

“Dünyanın ən cazibədar azarkeşi” Mayami Qran-prisində gündəm oldu - VİDEO

Bakıda kassir işlədiyi xəstəxananın pulunu OĞURLADI

Bakıda kassir işlədiyi xəstəxananın pulunu OĞURLADI

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

“Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu – VİDEO

“Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu – VİDEO

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK

Kaya Kallas Azərbaycana səfər edəcək

Kaya Kallas Azərbaycana səfər edəcək

“Kontakt”dan qazan dəsti aldı, 100 000 manat qazandı

“Kontakt”dan qazan dəsti aldı, 100 000 manat qazandı

Xaricdə qanunsuz silahlı birləşmədə iştirak edən şəxsə HÖKM OXUNDU

Xaricdə qanunsuz silahlı birləşmədə iştirak edən şəxsə HÖKM OXUNDU

Valyuta əməliyyatları bu qaydada aparılacaq – YENİLİK

Valyuta əməliyyatları bu qaydada aparılacaq – YENİLİK

End of content

No more pages to load

RADİO