İranın Kaşmir şəhərində bacı-qardaş xarici mediaya məcburi hicab qaydalarının tətbiqi ilə bağlı video göndərməsi ittihamı ilə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı İranın İnsan Haqları Təşkilatı (HRANA) yayıb.
Saxlanılanların kimliyi barədə heç bir məlumat verilmir.
Qeyd edək ki, son günlər İranın rəsmi mediasında həmin şəxslərin məcburi etiraflarının videosu yayılıb.
Bizim.Media