Cari ilin yanvar-iyun aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 116,2 milyon manatlıq məhsul istehsal olunub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 88,9 faiz, elektrik avadanlıqlarının istehsalı isə 6,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 3,3 dəfə, ölçmə cihazlarının istehsalı isə 2,0 dəfə artıb.
Bizim.Media