Cari ilin yanvar-iyun aylarında banklar 563.3 milyon manat xalis mənfəət, 772.3 milyon manat məbləğində isə əməliyyat mənfəəti əldə ediblər.
Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 41 və 26 faiz artıb.
2023-cü ilin 6 ayında banklar tərəfindən 131.3 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Bizim.Media