Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,05 ABŞ dolları, yaxud 0,06 % azalaraq 88,01 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçersləri 84,29 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Bizim.Media