Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” ASC-nin sığorta haqları 1 milyon 105 min manat və ya 18,7 faiz azalıb, ödənişləri isə 1 milyon 657 min manat və ya 30,10 faiz artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın rüblük hesabatında əks olunub.
Qeyd edək ki, cari dövrdə sığorta haqları 4 milyon 816 min manat, ötən il isə 5 milyon 921 min manat təşkil edib. Ödənişləri isə bu il 5 milyon 351 min manat, keçən il isə 3 milyon 694 min manat olub.
Hesabatdan görünür ki, şirkətin builki xərcləri kifayət qədər artıb və sığorta haqlarından əldə etdiyi qazanc xərcini ödəyə bilmir və bir il ərzində vəsaitlərində kəskin azalma baş verir.
Rövşən Ziya, Bizim.Media