“Can qardaşımız Azərbaycanla əməkdaşlığımızı hər sahədə inkişaf etdirəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra özünün “Twitter” hesabında yazıb.
“Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul etdik. Can qardaşımız və can dostumuz Azərbaycanla əməkdaşlığımızı bundan sonra da hər sahədə inkişaf etdirəcəyik. Bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma salamlarımı və sevgilərimi çatdırıram”, - deyə C. Yılmaz qeyd edib.

Bizim.Media