Xalq artisti Röya Ayxan yenidən imicini dəyişib.
Bizim.Media xəbər verir ki, bir müddət əvvəl saçlarını uzadıb sarıya boyayan sənətçi onları yenidən qısaldaraq, tünd şabalıdı rəngə dəyişib.
Saç düzümünü 180 dərəcə dəyişən estrada ulduzu yeni görünüşdə çəkilən bir-birindən cazibədar fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Xalq artisti paylaşımına "Çox insan səkkiz il əvvəlki, Röya qayıtdı dedi" şərhini yazıb. Röyanın yeni tərzinin müəllifi isə stilist Elnur Həsənovdur.
Rəşad Əliyev, Bizim.Media