Türkiyədə modellik karyerasını uğurla davam etdirən Günay Musayeva açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, İstanbulda Cahangir səmtində paparazzilərin obyektivinə tuş gələn model ikinci dəfə ailə quracağını bildirib.
"Yaxın zamanda ailə qururam. Evlilik təklifi almışam. Adı Daviddir", - deyə Günay vurğulayıb.
Qeyd edək ki, Günay Musayeva illər əvvəl türkiyəli aktyor Tolqa Karellə ailə qurub. Lakin daha sonra onlar boşanıblar. Cütlüyün Cahangir adlı oğulları var.
Rəşad Əliyev, Bizim.Media