Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstan Respublikası üzrə İdarəsi Azərbaycandan 61,2 ton bitki məhsulunun ixracına qadağa qoyub.
Bizim.Media "Rosselxoznadzor"a istinadən xəbər verir ki, Rusiyaya ixrac edilən 3 partiya - 47,2 ton təzə pomidor və 1 partiya - 14 ton təzə çiyələk saxlanılıb.
"Yük avtomobilləri idxal edilən ölkəyə geri qaytarılıb", - “Rosselxoznadzor” qeyd edib.
Məhsulun geri qaytarılmasına - fitosanitar sertifikatlara düzəlişlər edilməsi, həmçinin etiket məlumatlarının fitosanitar sertifikatlarla uyğun gəlməməsi səbəb olub.
Bizim.Media