“Dövlət başçılarımızın sıx təmasları və birgə siyasi iradəsi ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır”.
Bizim.Media xəbər verir ki, bu sözləri iyulun 25-də Misirin milli bayramı - İyul İnqilabının 71-ci ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Hazırda ölkələrimiz arasında həftədə üç sərnişin reysinin həyata keçirildiyini deyən nazir birbaşa uçuşların sayının artırılmasının ölkələrimiz arasında iqtisadiyyat, ticarət və turizm sahələrində əməkdaşlığa töhfə verəcəyini diqqətə çatdırıb.
“Bundan əlavə, biz aerokosmik sənayedə əməkdaşlıq potensialını araşdırırıq. Hazırda “Azərkosmos” ilə Misir Kosmik Agentliyi arasında danışıqlar aparılır. Hesab edirəm ki, bu, bəzi Misir şirkətləri ilə Azərbaycanın peyk potensialı ilə bağlı artıq mövcud olan sazişlərə əhəmiyyətli əlavədir”, - deyə R.Nəbiyev vurğulayıb.
Bizim.Media