İcma: Paşinyanın Ermənistanın etnik təmizləməsinə haqq qazandırması qəbuledilməzdir

Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Brüssel sülh prosesi çərçivəsində, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması məsələsinə baxılması haqqında danışdı. O, insan hüquqları məsələsində etnik əsasda ayrı-seçkilik və dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən yanaşma nümayiş etdirdi. Baş nazir Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqları məsələsi ilə müqayisə edilə bilməyəcəyini iddia etdi. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Ermənistan baş nazirinin səsləndirdiyi iddialara münasibətində bildirilib. 

"İlk növbədə, qeyd edək ki, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu təmin etmək Ermənistan hökumətinin borcudur.

Ermənistan hökumətinin bu ölkənin ərazisindən azərbaycanlıların hamısını qovduğu halda, Azərbaycanda yaşamaqda olan ermənilərin hüquqlarından dəm vurması ən böyük riyakarlıq və naşılıqla ört-basdır edilmiş ərazi iddiasıdır. 

Azərbaycanın özünün Qarabağ bölgəsində yaşayan ermənilərlə təmaslara və onların hüquqlarını qorumağa hazır olması kimi, Ermənistan hökuməti də Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalı, bizim qayıdış hüququmuzu və qayıtdıqdan sonra hüquq və təhlükəsizliyimizi təmin etməlidir.

Baş nazir Paşinyanın insan haqları məsələsində Ermənistandan qovulmuş azərbaycanlıları Azərbaycan ərazisində yaşamaqda olan ermənilərdən fərqləndirməsi hüquqazidd və təhlükəli yanaşmadır.

Hamıya məlumdur ki, burada yeganə fərq azərbaycanlıların öz evlərində yaşamaqdan məhrum olmasıdır ki, bu da Ermənistana heç bir başucalığı gətirmir.

Ermənistanın Baş naziri ölkəsinin törətmiş olduğu etnik təmizləmə kimi insanlıq əleyhinə cinayətin nəticələrinə mötəbər bir arqument kimi istinad etməsi onun insan hüquqları və demokratiya məsələsində qeyri-səmimi olmasını və mono-etnik siyasəti davam etdirməsini sübut edir. 
Qərbi Azərbaycan İcması Baş nazir Paşinyanın bu yanaşmasını sərt şəkildə qınayır və ondan mütləq dəyər olan insan hüquqlarına qeyd-şərtsiz hörmət etməyi və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına imkan yaratmağı tələb edir", - qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Özbəkistan Rusiyaya nota verdi

Özbəkistan Rusiyaya nota verdi

Ən DALAŞQAN bürclər açıqlandı

Ən DALAŞQAN bürclər açıqlandı

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

End of content

No more pages to load

RADİO