"Rusiyanın Azərbaycan-Ermənistan prosesi çərçivəsində danışıqlar fəallığı Ukraynadakı hadisələrə görə azalıb".
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
Onun fikrincə, Rusiyanın danışıqlar və təşəbbüskarlıq fəallığı birmənalı olaraq məsələnin həllini istəmədiyinə görə yox, Ukraynadakı hadisələrə görə azalıb.
"ABŞ-ın səylərini yüksək qiymətləndirirəm, çünki onlar əslində sülh müqaviləsinin reallaşması üçün böyük səylər göstərirlər”, - Paşinyan bildirib.
Bizim.Media