2021-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 21 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) göstərilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin saytında yer alıb.
Mənbə bildirir ki, nəticədə qurum 1.98 milyon dollar gəlir əldə edib. Bu isə ümumi gəlirlərin 84 faizi deməkdir.
Bizim.Media