Cari ilin iyun ayının 30-da fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı 3009 olub.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın iyun ayı üçün yaydığı hesabatda əks olunub.
Ötən ilin eyni dövründə isə bank filiallarının sayı 492, şöbələrinin sayı 96, ATM-lərin sayı isə 2935 təşkil edib. Burdan da aydın olur ki, bir il ərzində filiallarda 6 filial və 10 şöbə bağlanıb, ATM-lərin sayı isə 74 ədəd artıb.
Rövşən Ziya, Bizim.Media