Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin qrup oyunları yekunlaşıb.
Bizim.Media xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı sonuncu oyununda San Marino yığması qarşılaşıb və rəqibinə 96-47 hesabı ilə qalib gələrək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda U-16 millimizin rəqibi, Kosovo - Andorra oyununun məğlubu olacaq. Oyun 26 iyul Bakı vaxtı ilə saat 22:00 -da baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media