Müğənni Zenfira İbrahimova yeni paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı, fitness məşqçi Anar Heydərov və övladları ilə birliklə çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
İbrahimova hər zaman olduğu kimi bu paylaşımında da qızının üzünü gizlədib.
Zenfira yayımladığı şəkilə “Bu dünyada hər kəs öz ailəsi, öz balası üçün çalışır, biz də artıq 20 ildir ki, bunun üçün çalışırıq və davam da edirik. Allah bütün ailələri xoşbəxt etsin, həmişə sevin, sevilin” şərhini yazıb.
Qeyd edək ki, Zenfira İbrahimova və Anar Heydərov cütlüyünün bir qız və bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media