Şuşaya gələn gürcü jurnalist: “Çalışmalıyıq ki, obyektiv olaq” - FOTO  

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumu üçüncü gündə panel müzakirələrlə davam edib.

Bizim.Media xəbər verir ki, Forumun “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyasında ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə yeni mediada istehlak tendensiyaları və media savadlılığı (dezinformasiya və feyk xəbərlərlə mübarizə üsulları) müzakirə olunub.

Sessiyada çıxış edən Böyük Britaniyanın PA Media Qrupunun Baş icraçı direktoru Klayv Marşal iyirmi il əvvəl qəzet satışının azaldığını bildirərək deyib:

“Biz ümid edirdik ki, ovaxtkı gənclər yaşlanacaq və qəzetləri alacaqlar. Amma indi baxırıq ki, onlar bu gün o qəzetləri almırlar. Gənclər onlara maraqlı gəlməyən məsələlərdən imtina edirlər. Buna görə də onların nə istədiyini nəzərə almaq lazımdır”.


Yalnız bir platformanın istifadəsinin kifayət olmadığını diqqətə çatdıran “DigiTips“ şirkətinin təsisçisi və baş icraçı direktoru Matthias Lüfkens bildirib:

“Biz auditoriyanı mütləq nəzərə almalı, tviter, tiktok və ddigər sosial şəbəkə hesablarının hamısında fəal olmalıyıq. Davos illik görüşündə xəbərlərlə bağlı bildirmişdim ki, yutub platformasında yerləşək. Mənə dedilər ki, xeyr, o platformanı uşaqlar izləyir. Daha sonra tiktoku təqdim etdilər ki, orada daha aktiv ola bilərik. Demək istədiyim odur ki, auditoriya nəyi necə istəyirsə, biz o istiqamətdə hərəkət etməliyik”.

Müdafiə analitiki Oubai Şahbandar çıxışında vurğulayıb ki, oxucular, izləyicilər qarşısında əsas məqsədləri reallığı onlara çatdırmaqdır. Hadisə yerindən dəqiq, operativ, qərəzsiz məlumatların izləyiciyə çatdırılması əsas vəzifədir”.

Qarabağa gəlməklərinin əsas səbəbinin buradakı vəziyyəti dünyaya çatdırmaq olduğunu deyən Oubai Şahbandar əlavə edib:


“Hadisələri olduğu kimi görərək reallığı bictimaiyyətə çatdırmaq ən vacib məsələmizdir. Biz dünən üç il əvvəl baş verən müharibə yerlərində olduq. Həmin ərazilərdə reportaj hazırlayaraq şərhlərimizi bildirdik, gördüklərimizi ictimaiyyətə çatdırmağa çalışdıq. Dünyada bəzilərinin heç xəbəri yox idi ki, Azərbaycan, Şuşa haradır? Orada nə baş verib? Bütün bunları dünən bu ərazilərdə çəkdiyimiz videoreportaj sayəsində biz də öz növbəmizdə beynəlxalq ictimaiyyətə çatdırdıq”.

Gürcüstanın İctimai Televiziyasının Baş direktoru Tinatin Berdzenişvili isə deyib:

“Qürur duyuruq ki, işimizi müstəqil şəkildə qururuq. Biz görürük ki, bütün Qərb mediası daha konstruktiv olmağa, ictimaiyyət üçün həll yolları tapmağa çalışır. Çalışmalıyıq ki qərəzsiz, obyektiv olaq. İctimaiyyətin problemləri üçün həll yolları axtarıb tapmaq istiqamətində irəliləməliyik”.

Yeni nəslin daha qərəzsiz mediaya ehtiyacının olduğunu söyləyən T.Berdzenişvili vurğulayıb:

“Rəqəmsal dünyada bizim vəzifəmiz bu imkanları ictimaiyyətə təqdim etməkdir. Biz bilmirik ki, gələcək necə olacaq. Buna görə də çağırışlara çevik reaksiya verməliyik. Həmçinin biz, həmçinin təkcə xəbərlərə fokuslanmamalı, ictimaiyyətin istəyini də nəzərə alaraq iş görməliyik”.


Sessiyada iştirakçılar, həmçinin media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, mediada investisiya məsələləri, media savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes modellərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, qonaqların suallarını cavablandırıblar.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən Forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.

Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

End of content

No more pages to load

RADİO