Dünya şöhrətli Hollivud ulduzu Conni Deppin onun “Hollivud Vampirləri” qrupu ilə birgə Macarıstanın paytaxtı Budapeşt şəhərində konserti son anda təxirə düşüb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aktyor qaldığı otel otağında huşsuz vəziyyətdə tapılıb.
Həkimlər Conniyə ilkin müdaxilə göstərsələr də, o, səhnəyə çıxa bilməyib. İddialara görə, Depp yüksək dozalı narkotik maddə qəbul etdiyi üçün bu vəziyyətə düşüb. Ulduzun Macarıstandakı konserti ləğv edilsə də, baş verən hadisə ilə bağlı açıqlama hələki verilməyib.
Rəşad Əliyev, Bizim.Media