“Mən düşünürəm ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın bu gözəl şəhərində öz işini uğurla yekunlaşdıracaq”.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Oman Xəbər Agentliyinin Elektron xəbərlər departamentinin direktoru Raşid əl-Kindi “4- cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda söyləyib.
Forumun açılış mərasimində xüsusilə Azərbaycanda investisiyalarla bağlı Prezident İlham Əliyev tərəfindən qaneedici cavabların verildiyini bildirən R. əl-Kindi, həmçinin bir çox məsələlər haqqında maraqlı söhbətlər aparıldığını diqqətə çatdırıb.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaq deyib:
Burada gördüklərim məndə çox xoş təəssürat yaratdı. Həqiqətən də Şuşanın necə inkişaf etdiyinin şahidi oldum”.
Bizim.Media